Deputatdan həmkarlarına müraciət: “Hansınız 52 manatla dolana bilərsiz”

Deputatdan həmkarlarına müraciət: “Hansınız 52 manatla dolana bilərsiz”
Sosial 5695
Parlamentdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, layihə barədə məlumat verən Əmək və sosial siyasət komitəsin sədri Hadı Rəcəbli qeyd edib ki, birinci oxunuşdan sonra qanun layihəsinə xeyli dəyişikliklər edilib: “ Mən ikinci oxunuşda deputatları müzakirədə fəal olmağa çağırıram”.Deputat Qüdrət Həsənquliyev bildirib ki, 2014-2018-ci illər əllilərin sosial müdafiəsi ilə bağlı proqramda göstərilib ki, 2018- ci ilin sonuna qədər 5731 şəxs mənzillə təmin olunmalıdır: “ İndi bizə nazir müavini Natiq Məmmədov məlumat versin ki, ilin bitməsinə 7 ay qalıb. Neçə nəfər əlil mənzillə təmin olunub? Halbuki 5731 nəfərin hamısı mənzillə təmin olunmalıdır. Onu da qeyd edim ki, ölkədə ümumlikdə 620 min əlil var. Onların da 72 mini 18 yaşına qədər olan yeniyetmələrdir”.Deputat Musa Quliyev vətəndaşın əllilliklə bağlı verilən qərardan şikayət edə bilməməsi məsələsinə toxunub: “Elə şərait yaradılmalıdır ki, vətəndaşa birinci dəfə əlillik verilmirsə, onlara ikinci dəfə müraciət etmək hüququ verilməlidir. Təkrar müraciət hüququ üçün əlillərə imkan yaradılmalıdır. Həm də xəstəni görmədən əlillik təyin edilməsi məsələsi yanlışdır”.Deputat Qənirə Paşayeva da əlillərin təkrar müraciət etmək hüququ probleminə toxunub.Deputat Araz Əlizadə bildirib ki, qanunun əsas mahiyyəti əlillərə layiqli həyat verməkdir: “Deputat həmkarlarımdan soruşuram ki,hansınız 52 manatla dolana bilərsiz? Yəqin ki, heç biriniz. Ona görə bu qanun lirikadır. Əsas məsələ əlillərin müavinətlərinin artırılması olmalıdır”.Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov deputatların qaldırdığı məsələyə münasibət bildirib. O bildirib ki, ilk növbədə prezindentin sərəncamına əsasən ölkənin ərazi bütövlüyü uğrunda əlil olan şəxslər evlə təmin edilib: “ 2014-2018- ci illər dövlət proqramında bütün kateqoriya əlillərə bu şamil edilməyib. Düşünürəm ki, bu proqram daha 4 il artırılmalıdır ki, bütün kateqoriyaladan olan əlilləri əhatə edə bilsin. Hər il 350-400 nəfər Qarabağ əlilləri üçün fərdi ev tikintisi aparılır”.Nazir müavini əlilliyin qiymətləndirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu məsələdə narazı olanların fikirləri ilə razıdır: “Mən də ixtisasca həkiməm. Ona görə də həkim kimi razılaşa bilmrəm. Xəstəni görmədən ona əlillik təyin etmək düzgün deyil. Bu o zaman düzgün olardı ki, Səhiyyə Nazirliyinin bununla bağlı elektron portalı tərtib ediləcək, o zaman məsələ bütün xəstələr haqqında məlumatlar orada qeyd olunacaq.Əlilliyin hazırkı formada qiymətləndirilməsinin isə bir neçə müsbət cəhəti var. İndi artıq kağız daşıyıcları yoxdur, vətəndaş-məmur münasibətləri sıfıra endirilib. Demək olar ki, korrupsiya yoxdur”.BAKU.WS

Oxşar xəbərlər

Tikintidə yeni qaydalar tətbiq edilir

Tikintidə yeni qaydalar tətbiq edilir

Bundan sonra inşa ediləcək bütün binalar və infrastruktur obyektlərində əlillərin rahat hərəkəti üçün lazımi şərait yaradılacaq.BAKU.WS Xəzər TV-yə istinadən mə...

1527 Sosial 23:38 19 fevral 2018

Son xəbərlər