Deputat: Şamaxının kəndində 9-cu sinifdə qız uşaqları yoxdur
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün intihar edən kişilərin sayı qadınlardan çoxdur. Amma qadınların intiharının birinci səbəbi məişət zorakılığıdır”.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Baş Prokuror yanında İntihar Komissiyasının üzvüdür: “Uşaqların da intiharına səbəb daha çox ata-ananın davasıdır. Digər tərəfdən, uşaqlara qarşı cinsi istismar var. Bu hallar Azərbaycanda da baş verir. Bununla bağlı cəzalar sərtləşdirilməlidir, bunu edənlər axtalanmalıdır”.
Deputat erkən nikah probleminə də diqqət çəkib: “Mənim təmsil olunduğum Şamaxı rayonunda da bu problem var. Şamaxıda bir kənd var, orada bu daha çoxdur. Şıxbaba kəndində 9-cu sinifdə, demək olar, qız uşaqları yoxdur. Biz gedib az qala yalvarırıq ki, qız məktəbə gəlmir, heç olmasa buraxılış imtahanı versin, nə atası qoyur, nə qardaşı. Baxırlar, qonşu bir-birinə qardaş deyir, onun bacısı məktəbə getmir, mənimki də getməsin”.
Oxşar xəbərlər
Azərbaycanda iyunun 6-7-də buraxılış imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali...