Deputat BNA-nın taksilərlə bağlı qərarına etiraz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksilərlə bağlı məlum çıxışı ölkədə geniş etirazlara səbəb olub.
BAKU.WS xəbər verir ki, BNA-nın taksilərlə bağlı vahid qiymət siyasətindən narazı olan vətəndaşlar bunu kəskin etirazla qarşılayıblar.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdirinin taksilərlə bağlı söylədiyi fikir çox düzgün olaraq narazılığa səbəb olub:
"Hər bir vətəndaşımızın taksidən istifadə etmək imkanı olmalıdır, taksi xidmətinin hamı üçün əlçatan olmasına narazılıq etmək yox, onu dəstəkləmək lazımdır. Hər yerdə olduğu kimi taksi xidmətində də rəqabət olmalıdır, qiymətləri bazar və tələb-təklif müəyyənləşdirməlidir.
Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan insanlarımızın ucuz kreditlə vaxtaşırı öz avtomobillərini yeniləməsi üçün proqram hazırlanmasına da ehtiyac vardır".
Oxşar xəbərlər
Taksi fəaliyyətində vahid qiymətin tətbiqi nə ilə nəticələnə bilər?
"Taksi fəaliyyətində istər dispetçer mərkəzinin yaradılması, istər kvotanın müəyyənləşdirilməsi, istərsə də vahid qiymətin tətbiqi kimi məsələlərə ehtiyac yoxdu...