Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Dənizkənarı bulvarda Qazaxıstan milli alaçığı qurulub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında qazaxıstanlı köçərilərin ənənəvi yaşayış məskəni qurulub.
2022-ci il avqustun 6-dan avqustun 31-dək alaçıqda “Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək. Bundan başqa, burada iki sərginin keçirilməsi planlaşdırılır. Onlardan biri daimi olacaq, digəri isə hər həftə dəyişdiriləcək.
Bu sərgilərdə Qazaxıstan haqqında müxtəlif stendlər təqdim olunacaq.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...