Dayanma-durma ilə bağlı tələblər sərtləşdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Qayda pozuntuları, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəhərdə mövcud problemlərin böyük əksəriyyəti qayda pozuntularından qaynaqlanır:
“Qarşıdakı dövrdə müəyyən bəzi tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Yaxın günlərdə bu tələblər qəbul ediləcək”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...