Daşkəsənə qar yağıb - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, noyabrın 17-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış yağıb, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensiv olub, Daşkəsəndə qar yağıb.
Düşən yağışın miqdarı Xaçmazda 96 (aylıq normanın 292 faizi), Astarada 6, Lerikdə 4, Lənkəranda 3, Ordubad, Yardımlıda 2, Ağdərə, Daşkəsən, Naxçıvan, Biləsuvar, Şahbuzda 1 mm-dək, Binədə 57 (aylıq normanın 195 faizi), Maştağada 41 (aylıq normanın 108 faizi), Bakıda 38 (aylıq normanın 130 faizi), Sumqayıtda 15 mm (aylıq normanın 54 faizi) olub.
Havanın temperaturu Bakıda iqlim norması daxilində olub, maksimal temperatur Bakı və Abşeron yarımadasında 12-14, Aran rayonlarında 14-17, dağlıq rayonlarda 0-4, Naxçıvan MR-da 10-12 dərəcə isti olub.
Oxşar xəbərlər
Noyabr ayının hava proqnozu açıqlanıb
Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...