Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhidlə vida mərasimi başa çatıb - YENİLƏNİB - FOTO

Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhidlə vida mərasimi başa çatıb - YENİLƏNİB - FOTO
Foto
Sosial 9

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi başa çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər xiyabanına aparılır.

*** 11:43

Birinci Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları Şuşanın Daşaltı kəndində tapılan şəhid Veysəl Qasımovla vida mərasimi keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, Xətai rayonunda baş tutan mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edirlər.

Qeyd edək ki, Veysəl Qasımov 1963-cü ildə Bakı şəhərində anadan olub. 29 saylı tam orta məktəbin məzunu olduqdan sonra könüllü orda sıralarına yazılıb.

1992-ci ildə Şuşa döyüşlərinin iştirakçısı olub. "Daşaltı əməliyyatı"nda döyüşüb və itkin düşüb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də şəhid Veysəl Qasımovdur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib -  FOTO - YENİLƏNİB

31 ildən sonra meyitinin qalıqları Şuşada tapılan şəhid Şamaxıda dəfn edilib - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsi zamanı Şuşa rayonunun Dağaltı kəndi ərazisində itkin düşən və 31 ildən sonra meyitinin qalıqları Şuşa rayonunun Daşaltı kəndində tapı...

3 Sosial 13:35 30 sentyabr 2023

Son xəbərlər