Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb. Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub.
BAKU.WS-in məlumatına görə, Təhsil Kompleksi “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:
“Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.
Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbində də şagirdlər arasında koronavirus yayılmışdı.
Oxşar xəbərlər
Peyvənd seçimi ilə bağlı vətəndaşlara MÜRACİƏT
Azərbaycanda istənilən vətəndaş ölkədə istifadə edilən 4 peyvənddən birini könüllü seçə bilər. BAKU.WS xəbər verir ki, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və...