Daha bir ölkə turistlər üçün koronavirus məhdudiyyətlərini ləğv edir

05
apr
2022
19:48
Kubanın Səhiyyə Nazirliyi aprelin 6-dan etibarən müstəqil səyahət edənlər üçün bütün sanitar tələblərin ləğv edildiyini açıqlayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, artıq ölkəyə giriş üçün peyvənd sertifikatları və PCR testləri tələb olunmayacaq.
Məhdudiyyətlərin yumşaldılmasına səbəb epidemioloji vəziyyətin yaxşılaşmasıdır.
Məcburi tələblər arasında yalnız maska rejimi qalır. Bununla belə, səyahət edənlər gəldikdən sonra yenə də koronavirus üçün təsadüfi testə göndərilə bilərlər.
Oxşar xəbərlər
Böyük Britaniyada COVID-19-a görə tətbiq olunan səyahət məhdudiyyətləri ləğv edilir
Böyük Britaniyada COVID-19-a görə tətbiq olunan bütün səyahət məhdudiyyətləri ləğv edilir. BAKU.WS-in AZƏRTAC-a istinadən məlumatına görə, Böyük Britaniyanın nə...
