Daha bir jurnalist yüksək vəzifəyə təyin olundu

Daha bir jurnalist yüksək vəzifəyə təyin olundu
Sosial 965

Ölkənin tanınmış idman jurnalisti Elnur Kələntərov yüksək vəzifəyə təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə Elnur Kələntərov məlumat verib.

O, Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.

"Yeni ilin ilk gününə gözəl xəbərlə başladım. Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunmağım (bundan əvvəl müavin vəzifəsində çalışırdım) xəbəri nə qədər sevinclə qarşılandısa bir o qədər də işimə olan məsuliyyətimi daha da artırdı. Çalışacağam ki, Xidmət rəisi cənab Vüsal Hüseynovun mənə gözstərdiyi yüksək etimadı doğrulda bilim. Təşəkkür, cənab General! Dostlar, Yeni ilə yeni layihələrlə İRƏLİ!!!

Ümid edirəm dəyərli mediya nümayəndələri bu il də işimdən narazı qalmayacaqlar. Hər bir halda bunun üçün kişi kimi işləyəcəm!!!",-deyə E.Kələntərov yeni təyinatı ilə bağlı bildirib.

Qeyd edək ki, Elnur Kələntərov bu günə qədər Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri vəzfiələrində də çalışıb.

Oxşar xəbərlər

Bakı Ali Neft Məktəbinə - YENİ TƏYİNAT

Bakı Ali Neft Məktəbinə - YENİ TƏYİNAT

Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub. BAKU.WS xəbər verir ki, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayı...

892 Sosial 12:57 18 noyabr 2019

Son xəbərlər