Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək
Azərbaycanda daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov ilin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair müşavirədə deyib.
Onun sözlərinə görə, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib:
"Görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunur. Növbəti mərhələdə daha 5 müəssisədə bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb".
Oxşar xəbərlər
Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib
2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna...