İctimai iaşə obyektlərində 1000-dən çox nöqsan aşkar edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin 01-07 mart tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilmiş və 1109 nöqsan aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA-dan bildirilib. Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.
Ən çox aşkar olunmuş nöqsanlar:
İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84%);Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 124 (11%);
Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilmiş və 3210 nöqsan aşkar edilib.
Oxşar xəbərlər
"Özsüt", "KFC" restoranı, "50 qəpik" və digər obyektlərdə nöqsanlar aşkarlandı - TAM SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (...