İctimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan etibarən fəaliyyətə başlayacaq ictimai iaşə müəssisələrində hansı qaydalara əməl olunmalıdır?
BAKU.WS Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, Pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, açıq havada fəaliyyət göstərən ictimai iaşə obyektlərində mütəmadi dezinfeksiya işləri aparılmalı, hər bir masada dezinfeksiyaedici məhlulların yerləşdirilməsi təmin olunmalıdır.
Kafe və restoranlarda təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməli, müəssisə təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə, axar isti və soyuq su təchizatı ilə daimi olaraq təmin edilməlidir.
İşçi heyət hər zaman şəxsi gigiyena qaydalarına ciddi riayət etməlidir. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olmalıdır. Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar.
Qalereya
Oxşar xəbərlər
Kafe və restoranlarda müştəri qəbulu şərtləri açıqlandı - RƏSMİ
Karantin dövründə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində işçi heyət və istehlakçılar tərəfindən xüsusi davranış qaydalarına əməl edilməlidir. AQTA-dan...