İcra Hakimiyyətindən şəhidlərin başdaşı ilə bağlı açıqlama - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl saytımızda Beyləqan rayon Əhmədli kəndindən olan üç şəhidin başdaşının hələ də qoyulmamasıyla bağlı müraciət işıqlandırılmışdı.
BAKU.WS-in məlumatına görə, sözügedən məsələylə bağlı icra başçısının müavini Yeganə Məmmədova “qafqazinfo”ya açıqlamasında bildirib ki, icra başçısı tərəfindən hər üç ailəyə ümumilikdə ilkin olaraq 2 100 manat məbləğində ödəniş edilib: “Bəzi kəndlərimizdə yarımçıq başdaşları hələ də var. Problem ustaların azlığındadır. Vətən müharibəsində Beyləqan rayonu 136 şəhid verib. Ona görə də ustalar çatdırıb düzəldə bilmirlər. Məsələ başçının nəzarətindədir. İlkin ödəniş verilib, başdaşı hazır olanda da əlavə ödəniş ediləcək”.
Xatırladaq ki, Vətən müharibəsində şəhid olan Beyləqan rayon Əhmədli kənd sakinləri Orxan Quliyev, Aqil Hüseynov və Fərid Vəliyevin başdaşları hələ qoyulmayıb. Ailələr də başdaşlarının qoyulmamasından gileylənirdilər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa olunan və əsaslı təmir edilən məktəb, eləcə də məktə...