İcra Hakimiyyətindən Nəbatət Bağı ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilmişdir ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatət Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Bildiririk ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub. Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir.
Oxşar xəbərlər
AQTA: "71 müəssisədə nöqsanlar müəyyən olunub"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 81 ticarət müəssisəsi və 23 ictimai iaşə müəssisəsində həyata keçirilən mon...