İcra başçısı işsizlərdən danışdı
03
okt
2019
14:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sumqayıtda 20 minə yaxın sahibkar var. Onlar iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər".BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu sözləri sahibkarlarla görüşündə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov deyib.Z.Fərəcov çıxışında Sumqayıtda fəaliyyət göstərən sahibkarların üzləşdiyi problemlərdən də söz açıb. Bildirilib ki, sahibkarların işinə qeyri-qanuni müdaxilələr yolverilməzdir:"Sahibkarların azad fəaliyyəti göstərməsi üçün imkan və şərait yaradılmalıdır".Z.Fərəcov müdaxilə ilə üzləşən sahibkarları icra hakimiyyətinin 164 nömrəli "Qaynar xətti"nə məlumat verməyə çağırıb:"Belə hallarla üzləşən sahibkarlar mütləq qaydada icra hakimiyyətinə problemlə bağlı müraciət etməlidir. Edilən müraciətlər araşdırılaraq müvafiq qərarlar qəbul ediləcək".O, Sumqayıtın dövlətdən dotasiya almayan şəhərlər sırasında olduğunu da diqqətə çatdırıb. Şəhər rəhbəri hazırda şəhərdə 7000 nəfər işsiz vətəndaşın olduğunu da sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Sumqayıtın sabiq icra başçısı vəfat edib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı vəfat edib.BAKU.WS report-a istinadən xəbər verir ki, Məmmədov Təvəkkül Yaqub oğlu uzun sürən xəstəlikdən...