İcra başçısı müjdəni verdi: Evlərindən köüçürülən sakinlərə pul veriləcək
25
yan
2018
14:48
Səbail rayon icra başçısı Eldar Əzizov bu gün sürüşmə zonasında və həmin ərazidən köçürülən sakinlərin yerləşdirildiyi 163 saylı orta məktəbdə olub. BAKU.WS-in "Qafqazinfo"ya istinadən verdiyi məlumatagörə, E. Əzizov sürüşmə zonasında görülən işlərlə tanış olub. Daha sonra isə məktəbdə yerləşdirilən 68 sakinlə görüş keçirib. İcra başçısı vətəndaşların yerləşmə şəraiti və digər problemləri ilə maraqlanıb. Görüşdə qeyd olunub ki, artıq bu məsələ ilə bağlı Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul olunub. Sürüşmə zonasından çıxarılan 80 ailə, 390 nəfərə bu aydan etibarən müvəqqəti olaraq kirayə haqqı ödəniləcək. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər qurumlarla birgə ərazidə araşdırma aparılır. Nəticə müəyyən olunanadək sakinlər kirayə haqqı ilə təmin olunacaq. Nəticədə bəlli olsa ki, artıq təhlükə yoxdur, o zaman sakinlər evlərinə qaytarılacaq. Təhlükə davam edərsə, vətəndaşlara birdəfəlik kompensasiya veriləcək və ərazidən köçürüləcəklər. Geoloqlar müəyyən ediblər ki, həmin ərazidə yerin altında iki yeraltı çay axır. Bu çaylarda suyun səviyyəsinin dəyişməsi sürüşməyə səbəb olub.BAKU.WS
Oxşar xəbərlər
Nazirlər Kabinetində İCLAS - Bayıldakı sürüşmə ilə bağlı
Bayıl yamacında baş verən sürüşmə ilə əlaqədar bu gün Nazirlər Kabinetində müşavirə keçiriləcək.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə Ekologiya və Təbii Sərv...