COVID-19 peyvəndlərin tərkibi hər il yenilənə bilər

COVID-19 peyvəndlərin tərkibi hər il yenilənə bilər
Sosial 99

Koronavirusun yeni təhlükəli ştammlarının yaranması COVID-19 peyvəndlərinin hər il yenilənməsini (modifikasiyasını) tələb edə bilər.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu qurumun baş elmi işçisi Sumya Svaminathan Cenevrədəki mətbuat konfransında bildirib.

ÜST rəsmisi bildirib ki, mütəxəssislər pandemiyanın gələcək yeni təhlükəli növlərini aradan qaldırmaq üçün peyvəndlərin tərkibini modifikasiya etməyin mümkün olub-olmamasını öyrənirlər.

Sumya Svaminathanın sözlərinə görə, tərtibatçılar və elm adamları əmin olmaq istəyirlər ki, onlar lazım gələrsə hazırkı vaksinlərin tərkibini tez bir zamanda dəyişdirərək yaranacaq yeni ştammlara qarşı təsirli peyvənd ərsəyə gətirə biləcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər