COVID-19 pasportu olmadığına görə yüzdən çox şəxs toya buraxılmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 18-də Bakı şəhərində və respublika ərazisində 163 toy şənliyinin monitorinqi aparılıb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.
Monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.
Belə ki, toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə beş nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 143 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Oxşar xəbərlər
Ötən gün 999 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb
Ötən gün Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Ba...