COVİD-19-dan ölən 12 nəfərin meyitlərinin dəyişik düşdüyü iddiasına TƏBİB-dən CAVAB

COVİD-19-dan ölən 12 nəfərin meyitlərinin dəyişik düşdüyü iddiasına TƏBİB-dən CAVAB
Sosial 371

Jurnalist Həmid Həmidov Gəncədə koronavirusdan ölən 12 nəfərin meyitlərinin dəyişik düşdüyünə dair məlumat ictimailəşdirib. Həmin məlumatda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ittiham olunub.

Məsələ ilə bağlı TƏBİB-dən Modern.az-a bildirilib ki, qurum ölkə üzrə tabeliyində olan bütün xəstəxanalarda stasionar müalicəylə məşğul olur:

“Xəstənin xəstəxanada dünyasının dəyişməsi hallarında isə cəsəd Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir. Sözügedən quruma TƏBİB nəzarət etmir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər