COVID-19-a yoluxmuş müəllimlər üçün karant tətbiq olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtdakı 282 nömrəli tam orta məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
BAKU.WS xəbər verir ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 282 nömrəli tam orta məktəbin COVID-19 infeksiyasına yoluxmuş müəllimləri üçün 14 günlük karantin müddəti tətbiq olunub.
Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.
Oxşar xəbərlər
Bakıda koronavirusa ondan çox müəllim yoluxdu: İki məktəb bağlandı - RƏSMİ
Paytaxtdakı 102 nömrəli tam orta məktəb və 246 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Bu barədə Bakı Şəhəri üzrə Təhsil...