COVİD-19-a yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 626 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8 529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 267, ötən müddət ərzində isə ümumilikdə 6 010 761 test aparılıb.
Oxşar xəbərlər
Azərbaycanda koronavirusa yoluxma ilə bağlı yeni rəqəmlər açıqlandı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qə...
