COP29-la bağlı Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılacaq

COP29-la bağlı Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılacaq
Sosial 54

COP29-da qeydiyyatdan keçmiş iştirakçıların Azərbaycana girişi asanlaşdırılacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunun üçün xüsusi COP29 viza müraciət prosesi tətbiq olunacaq.

Bu barədə yaxın zamanlarda məlumatın elan edilməsi gözlənilir.

Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.

Konfrans Bakı Olimpiya stadionunda baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər