Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir - Dəfn sistemi iflic vəziyyətə

Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir - Dəfn sistemi iflic vəziyyətə
Sosial 333

Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar.

Ölkədə dəfn sistemi iflic vəziyyətə düşüb. Lunxua krematoriyalarından birinin nümayəndəsi hər gün 500-dən çox cəsədin qəbul edildiyini xəbər verib.

Qeyd edək ki, ölkədə sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma halları kəskin artıb.

Pekin artıq koronavirusla bağlı gündəlik statistik məlumatların dərcini dayandırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər