“İçərişəhər” qoruğu və Qətər fondu arasında Anlaşma Memorandumu imzalandı - FOTO

“İçərişəhər” qoruğu və Qətər fondu arasında Anlaşma Memorandumu imzalandı - FOTO
Foto
Sosial 143

Katara Mədəniyyət Şəhərciyi Fondunun Baş direktoru Xalid Bin İbrahim Əl-Suleytinin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 sentyabr tarixlərində Azərbaycana səfər edib. Səfərin əsas məqsədi Katara Mədəniyyət Şəhərciyi Fondu və “İçərişəhər” DTMQİ arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasıdır.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, Anlaşma Memorandumu Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” DTMQİ-nin idarə heyətinin sədri Əsgər Ələkbərov və Katara Mədəniyyət Şəhərciyi Fondunun Baş direktoru Prof. Xalid Bin İbrahim Əl-Süleyti tərəfindən imzalanıb.

Memorandumun əsas məqsədi iki qurum arasında mədəni irsin təşviqi, birgə elmi-mədəni tədqiqatların, sərgi-ekspozisiyaların, simpoziumların, təbliğat-təşviqat tədbirlərinin təşkili istiqamətində əməkdaşlığın həyata keçirilməsi və bununla da Azərbaycan və Qətər arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verilməsidir.

Qeyd edək ki, Katara Mədəniyyət Şəhərciyi Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşir və müxtəlif beynəlxalq mədəniyyət layihələrin, o cümlədən sərgilər, festivallar, tamaşalar, seminar və konfransların keçirildiyi mərkəz rolunu oynayır. Mərkəzin əsas məqsədi müxtəlif mədəniyyətləri bir araya gətirməklə ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib

Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...

2354 Sosial 00:05 09 dekabr 2020

Son xəbərlər