“İçərişəhər” İdarəsinin aparat rəhbəri İtaliyaya səfər edib - FOTO

“İçərişəhər” İdarəsinin aparat rəhbəri İtaliyaya səfər edib - FOTO
Foto
Sosial 109

“İçərişəhər” DTMQ İdarəsinin Aparat rəhbəri Read Qasımov 31 avqust - 4 sentyabr tarixlərində İtaliyanın Bari şəhərində keçirilən “Beynəlxalq Restavrasiya Sərgisi”ndə iştirak etmək üçün həmin ölkəyə işgüzar səfər edib.

İdarənin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, İtaliyanın Tarixi, Mədəni Abidələrinin və Şəhərlərinin Bərpası Birliyi tərəfindən təşkil olunan “Restavrasiya Həftəsi-2021” tədbirləri çərçivəsində Read Qasımov “İrs və davamlılıq” və “Restavrasiya imkanları” adlı beynəlxalq konfranslara qatılıb. Aparat rəhbəri İdarə tərəfindən həyata keçirilən layihələr və İçərişəhərin restavrasiya təcrübəsindən söz açıb, tədbir iştirakçıları qarşısında müvafiq təqdimatla çıxış edib.

Səfər çərçivəsində restavrasiya və bərpa-konservasiya sahəsində ixtisaslaşmış 20-dən artıq İtaliya şirkətinin iştirak etdiyi tədbirlərdə şirkətlər arasında restavrasiya təcrübəsi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan başqa, R.Qasımov İtaliyanın Matera şəhərində də görüşlərdə də iştirak edib. Belə ki, cari ilin 13 aprel tarixində İtaliyanın Matera şəhəri ilə "İçərişəhər” DTMQ İdarəsi arasında imzalanmış “Dostluq və Əməkdaşlıq haqqında Protokol”a uyğun olaraq 3 sentyabrda Matera şəhər Şurasının Prezidenti Antonio Materdomini ilə mədəni irsin qorunması və bərpası sahələrində birgə layihələr və fəaliyyətlərlə bağlı görüş keçirib.

Görüşdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə də iştirak edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər