Çaylarda sel və daşqın hadisəsi müşahidə olunur

Çaylarda sel və daşqın hadisəsi müşahidə olunur
Sosial 91

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Güclü yağış nəticəsində Balakənçay ( Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hal-hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

Düşən yağışın miqdarı Balakənçay məntəqəsində 144.0 mm, Balakəndə 137.0 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12.0 mm (aylıq normanın 100%-i), Zaqatalada 94.0 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3.0 mm, Qusar, Göygöldə 2.0 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1.0 mm-dək olub.

Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb

Azərbaycanda müşahidə olunan fakti hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata gör...

342 Sosial 11:19 29 iyul 2021

Son xəbərlər