Cəlilabadda yeni tikilən xəstəxana ilə bağlı 9,7 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işlərinin ikinci mərhələsi həyata keçirilir.
BAKU.WS-in məlumata görə, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti tərəfindən icra olunur.
Tikinti işlərinin davam etdirilməsi üçün elan edilən tenderin ehtimal olunan dəyəri 9 milyon 720 min manat təşkil edir.
Tender çərçivəsində subartezan quyularının tikintisi, qazma işləri, qaynaq edilmiş filtr boruların və müxtəlif diametrli polad boruların quraşdırılması, həmçinin rotor üsulu ilə quyuların qazılması nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi bölgədə tibbi xidmətlərin keyfiyyətini yüksəltmək və əhalinin səhiyyə xidmətlərinə çıxışını yaxşılaşdırmaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...