Cəlilabadda qızılcaya yoluxma sayında azalma müşahidə olunur
23
yan
2024
21:39
Son günlər Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında azalma müşahidə olunur.
"Report"un Muğan bürosunun məlumatına görə, ötən ilin noyabr ayından etibarən rayon üzrə 391 nəfər (18 yaşdan kiçiklər- 259 nəfər, 18 yaşdan böyüklər - 132 nəfər) bu virusa yoluxub.
Hazırda 89 aktiv xəstə müalicə olunur.
Qeyd edək ki, ötən həftə bu xəstəliyə yoluxma sayında artım müşahidə olunurdu. Bunun səbəbi də soyuq hava şəraiti ilə əlaqələndirilirdi.
Oxşar xəbərlər
SN: Qızılca idarə olunan infeksiyalar qrupuna daxildir
Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir. İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günü...