Cəlilabadda dabaq xəstəliyi yayılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda heyvanlar arasında kütləvi dabaq xəstəliyi müşahidə olunur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, xəstəlik daha çox rayonun Sərhədabad və Adnalı kəndlərindəki iribuynuzlu heyvanlar arasında yayılıb.
Sakinlərin bildirdiyinə görə, xəstəliyin əsas ocağı həftənin bazar günləri fəaliyyət göstərən heyvan bazarıdır. Çünki satış üçün bazara aparılan iribuynuzlu heyvanlarda bir müddət sonra dabaq xəstəliyinə yoluxma halları qeydə alınır. Bu da bazar ərazisində virusun sürətlə yayılma ehtimalının yüksək olduğunu göstərir.
Hazırda rayon ərazisində daha çox heyvan alveri ilə məşğul olan şəxslərin təsərrüfatlarında dabağa yoluxmuş heyvanlara rast gəlinir.
Oxşar xəbərlər
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon...