İcbari tibbi sığorta haqqını ödəməyənlər həbs oluna bilər

İcbari tibbi sığorta haqqını ödəməyənlər həbs oluna bilər
Sosial 337

İcbari tibbi sığorta haqqını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti müəyyənləşir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılacaq Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər