Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub
Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub.
Bu barədə BAKU.WS-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40798 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşmüşdür.
Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1 420-si əkiz, 57-si isə üçəm olub.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə 30 625 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.
Oxşar xəbərlər
Evlənən və boşananların sayı AÇIQLANDI
Azərbaycanda nikaha girən və boşananların sayı azalıb. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, Ədliyyə Nazirl...