"Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki rayonunun Aşağı Şabalıd kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək kənddəki qazsızlıq problemindən şikayətləniblər.
Bildirilib ki, 500-dən çox sakinin yaşadığı bu yaşayış məntəqəsində indiyədək mavi yanacaq olmayıb.
Sakinlərin sözlərinə görə, odun tədarük etmək həm fiziki, həm də maddi baxımdan böyük çətinliklər yaradır. Belə ki, qış mövsümünü başa vurmaq üçün hər ailə orta hesabla 1 500-2 000 manat civarında vəsait xərcləməli olur.
"Odun daşımaqdan yorulmuşuq, hisin-pasın içində can veririk. İki oğlum qaz və yol olmadığına görə kəndi tərk edib", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib: "Qış aylarında odun üçün təxminən 1 500-2 000 manat civarında xərcim çıxır. Bundan əlavə, hər ay qaz balonunu doldurmaq üçün 27-30 manat ödəyirəm. Çox acınacaqlı vəziyyətdəyik".
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən qeyd olunub ki, qazlaşma proqramı qurumun daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir: "Şəki rayonunun Aşağı Şabalıd kəndində küçə qaz xətlərinin çəkilişi işlərinə maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər".
Oxşar xəbərlər
Gəncədə sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - 4,9 milyon manat ayrıldı
Gəncə şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində yeni işlərin görülməsi planlaşdırılır. Şəhərin bir sıra ərazilərində yol örtüyünün yaxşılaşdırıl...