"Buta Airways" Rusiyanın məşhur kurortuna uçuşlara başlayır

Buta Airways Rusiyanın məşhur kurortuna uçuşlara başlayır
Sosial 78

"Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib.

Məlumata görə, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur. Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər