“Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib.
Bu barədə BAKU.WS-ə AZAL-dan bildirilib.
Məlumatda deyilir ki, Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysi ləğv edilib.
"Rosaviasiya"nın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.
Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və yaxud cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...