Bunu edənlər yüksək məbləğdə cərimələnəcək
04
dek
2024
20:34
Turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyənləşir.
Bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" qanunla qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. BAKU.WS xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9...