Builki keçid balları ilə bağlı DİM-dən VACİB AÇIQLAMA

Builki keçid balları ilə bağlı DİM-dən VACİB AÇIQLAMA
Sosial 123

Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək: "Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".

O qeyd edib ki, gələn həftə Abituriyent 4 jurnalını çap olunacaq: "Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".

DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir: "Lakin hansı qruplar üzrə dəyişiklik olması ixtisas seçimindən sonra dəqiq məlum olacaq".

Oxşar xəbərlər

Universitet və kolleclərə sənəd qəbulu başlayıb

Universitet və kolleclərə sənəd qəbulu başlayıb

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanıb. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan...

11 Sosial 10:17 01 mart 2024

Son xəbərlər