Bu yay çimərliklərə icazə verilə bilər - AÇIQLAMA
Qarşıdan çimərlik mövsümü gəlir və bu yay çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, keçən il yay aylarında nəinki ölkəmiz, bütün dünya qarşılaşdığı bu problemin yarada biləcəyi fəsadların həcmi haqqında heç bir fikrə sahib deyildi:
“Heç bir ölkənin bu problemlə mübarizədə istifadə edəcəyi resurslar haqqında ətraflı məlumatı olmadığı üçün, əksər ölkələr, eləcə də Azərbaycanda sərt karantin rejimi tətbiq olundu və məhdudiyyətlər sırasına çimərliklərin də qapanması daxil idi.
Əlbəttə, nəzərə almaq lazımdır ki, məhz o məhdudiyyətlər sayəsində hökumət və qurumlar hazırlıq işlərini görmək və gələcəkdə ola biləcək böyük dalğalar qarşısında önləyici tədbirlər almaq üçün imkanlar qazandı.
Amma bu il yay ayları yaxınlaşdıqca dünya səhiyyə ekspertləri tərəfindən də bildirilən odur ki, dalğaların sönməyə davam edəcəyi və yay müddətində açılmalara imkan verə biləcək reallıqların mövcud olacağı ölkələrdə çimərliklərə və sosial həyatımızın digər məqamlarına ciddi əngəl qoyulmasına ehtiyac olmayacaq.
Digər tərəfdən bir çox təsirdən bu virusun qısa müddət içərisində yox olduğunu göstərən tədqiqatlar var. Bu təsirlər içərisində duzlu suyun, eləcə də istiliyin virusun yayılmasını artırmadığı, hətta azaltdığı ehtimal olunur. Bütün bunları nəzərə alan hökumətlər, eləcə də ölkəmizin aidiyyatı qurumları yəqin ki, yay aylarında, epidemioloji vəziyyət imkan verdiyi müddətcə çimərliklərin açılmasına qərar verə bilər. Amma xüsusi qayda və qanunlar çərçivəsində tətbiq olunacaq bu icazələrin davamlılığı üçün cəmiyyətin də verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməsi vacib şərtlərdən biridir”.
Oxşar xəbərlər
Karantin dövründə bu qurumların əməkdaşları küçəyə çıxa biləcək - SİYAHI
Nazirlər Kabineti Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə əməkdaşları “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə...