Bu şəxslərin maaşlarına ayrılan əlavənin həcmi artırılıb
Nazirlər Kabineti "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na dəyişiklik edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dəyişiklik Gömrük sisteminin inkişaf fondunun vəsaitinin xərclənməsi qaydası ilə bağlıdır.İndiyə qədər Gömrük inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənib. Dəyişikliyə əsasən bundan sonra həmin vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Aydın Əliyevə xüsusi rütbə verdi (RƏSMİ)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in...