Bu ünvanlarda ucuz bazarlar olacaq - FOTO

Bu ünvanlarda ucuz bazarlar olacaq - FOTO
Foto
Sosial 174

İyunun 19-20-də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək.

Bu barədə BAKU.WS-ə nazirlikdən bildirilib.

Məlumata görə, yarmarkalar Bakı və Abşeronda - 3 fərqli ünvanda baş tutacaq. Yarmarkaların təşkilində əsas məqsəd vətəndaşların kənd təsərrüfatı məhsullarına olan tələbatlarını yerli məhsullarla ödəmək, eyni zamanda fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Həftəsonları ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyətlər nəzərə alınaraq vətəndaşların rahatlığını təmin etmək üçün budəfəki “Kənddən Şəhərə” yarmarkaları həftənin cümə və cümə axşamı günlərində keçiriləcək.

Yarmarkalarda satışa çıxarılacaq bütün məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən yerli fermerlər tərəfindən yetişdirilir.

Məhsulların satışını da birbaşa həmin fermerlər həyata keçirirlər.

“Kənddən Şəhərə” yarmarkalarında 40-a yaxın regiondan 100-dən artıq fermer 70-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulu satacaq.

Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar.

Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar.

Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ucuz yarmarkalar fəaliyyətə başlayıb - ÜNVANLAR - FOTO

Ucuz yarmarkalar fəaliyyətə başlayıb - ÜNVANLAR - FOTO

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən şəhərə” Qış Yarmarka...

276 Sosial 15:37 21 dekabr 2020

Son xəbərlər