Bu ünvanlarda avtobus zolaqlarında minib-düşmə yeri yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.
Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – "8-ci kilometr bazarı"nın qarşısında, "Neftçilər" və "Xalqlar dostluğu" metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə kons...