Bu tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub

Bu tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub
Sosial 284

2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub.

BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub.

Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərdə işə başlayıb.

Xatırladaq ki, ötən il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda 18 direktor işdən çıxarılıb

Bakıda 18 direktor işdən çıxarılıb

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə bu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib”. BAKU.WS report-a is...

742 Sosial 16:11 16 dekabr 2019

Son xəbərlər