Bu tarixdən hava kəskin dəyişir - Temperatur 10° enəcək - XƏBƏRDARLIQ

Bu tarixdən hava kəskin dəyişir - Temperatur 10° enəcək - XƏBƏRDARLIQ
Sosial 1856

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 8-i gündüz şimal və qərb rayonlarından başlayaraq 12-si gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Havanın temperaturu ayın 9-dan ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Son xəbərlər