Bu tarixdən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək maksimal temperatur 27-30° isti olacaq.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Oxşar xəbərlər
Bayram günlərində hava necə olacaq?
Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...