Bu şəxslərə may ayında 190 manat verilməyəcək
08
may
2020
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprel ayında 190 manat vəsaiti alanların may ayında məşğulluq imkanı yaranarsa, onların işsiz şəxs kimi qeydiyyatı dayandırılacaq.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu halda həmin şəxslərə may ayı üçün 190 manatın ödənişi dayandırılacaq:
“Növbəti aylarda 190 manatın verilməsinin davam edib-etdirilməyəcəyini indi demək mümkün deyil. Məlumdur ki, indi karantin rejimi ilə bağlı məhdudiyyətlər azaldılır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva modul tipli ilk xəstəxananın açılışında iştirak ediblər
Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Ə...