Bu şəxslərə icbari tibbi sığorta 3 illik pulsuz olacaq - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Pensiyaçılar və işsiz vətəndaşlar 2024-cü ilə kimi icbari tibbi sığorta zərfindən pulsuz istifadə edəcəklər.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Departament rəhbəri Aynurə Əhmədova deyib.
Onun sözlərinə görə, icbari tibbi sığorta zərfində "chek up" müayinələr nəzərdə tutulmayıb:
"Yalnız səhhətində müəyyən problemlər hiss edildikdə ailə həkiminə müraciət etmək olar. Ailə həkimi həmin insanı müayinə, müalicə edə bilər. O həmçinin ehtiyac duyulan laborator, diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi verə, dar ixtisaslı həkimə yönləndirə bilər".
Xatırladaq ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Belə ki, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
Oxşar xəbərlər
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılma...