Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları, metro və sürət qatarları işləyəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.
Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.
Qeyd edək ki, iyunun 12-də sürət qatarları işləsə də, onların sayında müəyyən azaldılmalar olacaq. Yəni qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyəcək.
Oxşar xəbərlər
Metrodan istifadə necə olacaq? - QAYDALAR
“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi metroda sərnişindaşımanın fəaliyyətinin bərpası ilə bağlı açıqlama yayıb. BAKU.WS xəbər verir ki, məlumatda deyilir: "Az...