Bu şəhərlər sərt karantin rejimi zonasından çıxarılır - RƏSMİ

Bu şəhərlər sərt karantin rejimi zonasından çıxarılır - RƏSMİ
Sosial 4254

Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Bu barədə BAKU.WS-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.

Bildirilib ki, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər