Bu şəxslərə vergi güzəştləri olacaq

Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.
BAKU.WS xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə vergi tutulacaq.
Eyni zamanda satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək.
Portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
"Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən isə əlilliyi olan şəxslərin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
İftar vaxtı – Ramazanın ilk günü, 1 mart 2025-ci il
Müqəddəs Ramazan ayı mart ayının 1-də başlayır. Həmin gün Azərbaycan və dünya müsəlmanları sübh tezdən başlayaraq gün batanadək yemək və içməkdən çəkinərək oruc...
