Bu şəxslərə əlillik ömürlük verilir - RƏSMİ

Bu şəxslərə əlillik ömürlük verilir - RƏSMİ
Foto
Sosial 220

"Aşağı və ya yuxarı ətrafları amputasiya olunmuş şəxslərə ömürlük və ya müddətsiz əlillik təyin edilir".

Bunu BAKU.WS-in sorğusuna cavan olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov deyib.

Bu şəxslərə əlillik ömürlük verilir - RƏSMİ

Onun sözlərinə görə, geridönməz hallarda, yəni, reabilitasiya potensialı olmayan, bərpası mümkün olmayan bütün hallarda, o cümlədən, aşağı və ya yuxarı ətraflarları amputasiya olunmuş şəxslərə ömürlük və ya müddətsiz əlillik təyin edilir.

"Bu yanaşma əlilliyin qiymətləndirilməsi ilə bağlı köhnə meyarlarda, həmçinin, 2022-ci ildən qüvvəyə minən yeni meyarlarda da öz əksini tapıb. Cəmiyyətdə yanlış fikir formalaşıb ki, aşağı və ya yuxarı ətrafları olmayan şəxslərə ömürlük əlillik verilmir, onlar hər dəfə əlillik üçün müraciət etməlidir. Bu cür insanlara ömürlük əlillik təyin edilir və onlar bir daha əlillik üçün müraciət etmirlər", - deyə qurum rəsmisi vurğulayıb.

Banu Hüseynli

Son xəbərlər